Azərbaycanlı milyarderin Bakıda 18 milyon manat xərclədiyi bağı (VİDEO)
01 Oktyabr, 11:05   |    Baxış sayı: 2074

Azərbaycanlı milyarderin Bakıda 18 milyon manat xərclədiyi bağı (VİDEO)

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun bağından görüntülər yayılıb. 

EkoNews baku.ws-ə istinadən xəbər verir ki, yayılan görüntülər milyarderin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahından çəkilib.

Qeyd edək ki, İtaliyanın yaşıllaşdırma-landşaft işləri görən "Paghera” şirkəti ilə azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakıdakı nümayəndələri arasında qarşılıqlı ittihamlarla müşayiət olunan qalmaqal yaranıb.

Şirkət, biznesmenin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb.

Lakin 9 milyon avroya yaxın pul ödəniləndən sonra işlərin bir qisminin keyfiyyətsiz görüldüyu, yaxud yarımçıq qaldığı müəyyən olunub. Nəticədə biznesmen italyanlarla əməkdaşlığı dayandırıb.

Əhmədovun hüquqi nümayəndəsi və italyanlarla müqavilədə sifarişçi tərəf qismində çıxış edən Nail Şahverdiyev ("Baku Caspian Real Estate Limited” MMC-nin direktoru) onların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.