Azərbaycanda yeni publik şəxs yaradıldı – QƏRAR
20 Aprel, 09:44   |    Baxış sayı: 296

Azərbaycanda yeni publik şəxs yaradıldı – QƏRAR

Nazirlər Kabineti Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu elə qurumun aparatından ibarət olacaq. Qurumun işçi sayı 17 nəfər, aylıq əmək haqqı fondu isə 10080 manat müəyyən edilib. //Fed.az