Azərbaycanda pul kütləsi 20%-dən çox artıb

Azərbaycanda pul kütləsi 20%-dən çox artıb

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2019-cu ilin iyulun 1-nə 25 284,2 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 311,2 mln. manat və ya 20,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından EkoNews-a verilən məlumata görə, eyni zamanda cari ilin may ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 450,2 mln. manat və ya 1,8%, ilin əvvəli ilə müqayisədə isə 1 223,8 mln. manat və ya 1,9% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR