Azərbaycanda problemli kreditlər YENİDƏN ARTIB

Azərbaycanda problemli kreditlər YENİDƏN ARTIB

Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit  qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb.
EkoNews xəbər verir ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manat təşkil edib. İlin əvvəlindən isə kredit portfeli 660 milyon manat artıb. 

Kredit portfelinin böyüməsi ilə problemli kreditlərin məbləği də artıb. AMB-nin göstəricilərinə əsasən, iyulun sonuna problemli kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelindəki payı azalaraq bir ay əvvəlki 11%-dən indi 10,9%-ə düşüb. 
Xatırladaq ki, ilin əvvəlində problemli kreditlərin payı 12,2% idi. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR