Azərbaycanda nağdsız ödənişlərin mobil telefonlarla həyata keçirilməsinə şərait yaradılacaq

Azərbaycanda nağdsız ödənişlərin mobil telefonlarla həyata keçirilməsinə şərait yaradılacaq

"Visa Token Service" elektron ödənişlərin ödəniş kartları ilə yanaşı mobil telefonlarla həyata keçirilməsinə şərait yaradacaq.

"Report" xəbər verir ki, bunu Bakıda "Visa Token Service" sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (FIMSA) Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

"Visa Token xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcəkdir", - T.Rüstəmov vurğulayıb.

Onun sözlərinə görə, bank kartlarının məsafədən əldə edilməsi üçün iyulda qaydalar hazırlanıb və hazırda qaydalar aidiyyatı qurumlarla razılaşdırılır: "Ödəniş sistemlər və ödəniş xidmətləri haqqında" qanun layihəsi hazırlanıb və artıq aidiyyatı qurumlarla razılaşdırılıb. Bu isə nağqdsız əməliyyatların formalaşmasında və genişlənməsində böyük rol oynayacaq".

Sonda FIMSA ilə "Visa" arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Palata tərəfdən Tamerlan Rüstəmov, "Visa" tərəfdən isə Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros imzalayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR