Azərbaycanda metanol istehsalı 3,3 dəfə artıb

Azərbaycanda metanol istehsalı 3,3 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 232,4 min ton metanol (metil spirti) istehsal edilib.

EkoNews Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu həcm ötən ilin müvafiq dövründən 3,3 dəfə çoxdur. Avqustun 1-i tarixinə ölkədə 31,9 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

SOCAR-ın ötən gün yaydığı məlumata görə, Metanol zavodunda istehsal olunan məhsulun 98%-i Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, İsrail və Misirə ixrac olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR