Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb

Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 100,7 milyon manat ipoteka krediti verilib.

EkoNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 25,2% artaraq 135,6 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9% azalaraq 40 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 60% azalaraq 20 milyon manat olub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR