Azərbaycanda dollarla bağlı vacib xəbər - Artım var...
05 Noyabr, 11:02   |    Baxış sayı: 301

Azərbaycanda dollarla bağlı vacib xəbər - Artım var...

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankdan təşkil olunan valyuta hərraclarınbda 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
 
EkoNews xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. Beləliklə, Oktyabrda Sentyabr ayı ilə müqayisədə valyuta satışı 94,8 milyon dollar və ya 24% artıb.
 
Fond tərəfindən May ayında 422,7 milyon ABŞ dolları, İyunda 439 milyon ABŞ dolları, İyulda  536,6 milyon dolları, Avqustda 733,7 milyon ABŞ dolları məbləğində valyuta satılmışdı.
 
2018-ci ilin 10 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 5 milyard 129,2 milyon ABŞ dollarına çatıb.