Azərbaycanda dəmir yolu ilə sərnişin daşınması kəskin artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşınması kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 7 milyon ton yük, 1,6 milyon nəfər sərnişin daşınıb.

EkoNews Dövlət Statisitika Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2% və 21,8% çoxdur. 

Hesabat dövründə sutkada orta hesabla 283 vaqon yüklənib, 387 vaqon isə boşaldılıb. Dəmir yolunun şimal istiqaməti üzrə 11,2 min ton, qərb istiqaməti üzrə 4,3 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR