Azərbaycanda daha çox hansı mobil qurğulardan istifadə edirlər?

Azərbaycanda daha çox hansı mobil qurğulardan istifadə edirlər?

Bu ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 2,4 faiz bəndi azalıb.
 
EkoNews-un APA-a istinadən verdiyi məlumata görə, sentyabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 57,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,3 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.

Cari ilin avqust ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 18 faiz bəndi artıb. Bu göstərici sentyabr ayının 1-nə olan məlumata görə 14,3% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,8 faiz bəndi çoxdur.

3-cü yerdə bazar payı 12,3% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı avqust ayı ərzində 4,3 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 9,1 faiz bəndi çoxdur.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,45%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,02%, LG – 1,79%, "Nokia" – 1,75%, "Lenovo" – 1,34%, HTC – 0,99%, "Alcatel" – 0,76% və s.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR