Azərbaycanda bu il taksidən nə qədər istifadə edilib?
28 Oktyabr, 17:15   |    Baxış sayı: 96

Azərbaycanda bu il taksidən nə qədər istifadə edilib?

Bu il Azərbaycanda 1,4 milyarddan çox sərnişin daşınıb

EkoNews Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 milyard 456 milyon 700 min nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 88,2 faizi (1 milyard 284 milyon 809 min nəfər) avtomobil nəqliyyatı, 11,6 faizi (168 milyon 977 min nəfər) metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 96,1 faizi avtobus (1 milyard 234 milyon 701 min nəfər), 3,9 faizi (50,1 milyon nəfər) isə minik taksilərinin xidmətlərindən istifadə edib.