Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? – SİYAHI

Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? – SİYAHI

2019-cu ilin yanvar-fevral aylarında  Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, ölkəyə gələnlər arasında üstünlük Gürcüstan vətəndaşları (29,8%) təşkil edir.

Ölkəyə glən turistlər:
Gürcüstan - 29,8 % ,
Rusiya Federasiyası - 27,6 % ,
Türkiyə - 12,0% ,
İran - 5,8% ,
Birləşmiş Ərəb Əmirlikləri - 3,6 % ,
Ukrayna - 1,8% ,
Hindistan - 1,7% ,
Pakistan - 1,5% ,
İraq - 1,4 % ,
digər ölkələrin vətəndaşları - 14,7 % , vətəndaşlığı olmayan şəxslər isə 0,1% isə olub.Gələnlərin 72,0 %ni kişilər, 28,0 %ni isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7%), Çin (32,7%), Yaponiya (32,3 %), Oman (24,4%), Cənubi Koreya (23,8%), Gürcüstan  (23,7%) və Polşa (21,3%) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9 faiz azalaraq 121,9 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR