Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 539,67 mln. kilovatt/saat elektrik enerjisi idxal edib. 


Bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.


Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 614,1 mln. kilovatt/saat təşkil edib. Bu həcmin 87,9%-i Azərbaycanın payına düşüb.


Bu ilin ilk beş ayında Gürcüstan Rusiyadan 74,43 mln. kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.


Yanvar-may aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 23,5 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.


Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR