Azərbaycan Gürcüstandan siqaret idxalını iki dəfədən çox azalıb

Azərbaycan Gürcüstandan siqaret idxalını iki dəfədən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 1 056,4 ton siqaret və tütün məmulatları idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan tütün məhsullarının ümumi dəyəri 22 mln. 936,2 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi siqaret və tütün məmulatlarının həcmi 1 584,4 ton və ya 2,4 dəfə azalıb.

Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 47 mln. 810,4 min dollar dəyərində 2 640,8 ton siqaret alıb.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR