Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfədən çox azaldıb

Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfədən çox azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 459,9 ton dərman vasitələri idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan medikamentlərin ümumi dəyəri 17 905, 3 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələri həcm baxımından 1 118,9 ton və ya 3,4 dəfə, dəyər baxımından isə 2 328,7 min dollar və ya 11,5% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan ümumi dəyəri 20 234 min dollar olan 1 578, 8 ton dərman preparatı alıb. 
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR