Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları arasında Anlaşma Memorandumu imzalandı

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "BMT-nin 2030-cu il Gündəliyinin məqsədlərinin nail olunmasına nəzarət üçün Şərq Tərəfdaşlığı ölkələrində ali audit qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.

Hesablama Palatasında EkoNews-a verilən məlumata görə, Almaniya Beynəlxalq İnkişaf Təşkilatının "BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” layihəsi Şərq Tərəfdaşlığı ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları  sahəsində görüşlərin, seminarların, təlimlərin və ali audit qurumlarının əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, layihə ali audit qurumları potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Şərq Tərəfdaşlığı ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır.

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna ali audit qurumlarının nümayəndə heyətlərinin rəhbərləri birgə Anlaşma Memorandumu imzalayıblar.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR