“AXA Mbask”ın rəhbərliyində dəyişikliklər olub
08 Yanvar, 12:49   |    Baxış sayı: 37

“AXA Mbask”ın rəhbərliyində dəyişikliklər olub

"AXA Mbask” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.

Şirkətin saytında verilən məlumata görə, Eldar Qəribovu Şuranın üzvü Yavuz Ölken əvəz edib.

Bundan başqa, DŞ-nın üzvü olan Frederik Brays və Giyom Lejön Kristof Knaubla əvəzlənib.
 
Bununla da, Şura üzvlərinin sayı 5-dən 3-ə düşüb.

"AXA Mbask” Sığorta Şirkətinin 100% səhmdarı dünyada ən böyük sığorta şirkətlərindən biri olan AXA-dır. //Report