Avtomobillərin və sərnişinlərin daşınması üçün 120-dən çox online bilet alınıb

Avtomobillərin və sərnişinlərin daşınması üçün 120-dən çox online bilet alınıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) müştərilərə təqdim etdiyi elektron bilet xidmətinə maraq çoxalıb.

EkoNews ASCO-ya istinadən xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində avtomobillərin və sərnişinlərin daşınması məqsədilə online qaydada 120-dən çox bilet alınıb.

Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamət Ələt-Aktau olub.

Qeyd edək ki, Gəmiçilikdə online bilet satışı sistemi 2016-cı ildən tətbiq edilir.

Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha güvənli və sərfəlidir.

Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır.

Xatırladaq ki, xidmətdən yararlanmaq üçün ASCO-nun internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini aşağıdakı internet ünvana daxil olmaqla etmək mümküdür: https://public.acsc.az/online/payment/index/az/

ASCO müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR