28 Sentyabr, 16:22   |    Baxış sayı: 221

"Atəşgah sığorta" müştəriyə dəymiş ziyanı ödəmək istəmir (Fotolar)

02.08.2018-ci il tarixində Masallı Rayonu, Boradigah qəsəbəsi ərazisində "Atəşgah Sığorta”şirkətində icbari sığortalı "Mercedes Vito" markalı , 44-BS-179 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir.

Hadisədə səlahiyyətli DYP orqanı işi araşdırmış və müəyyən etmişdir ki, 44-BS-179 d.q.n-li avtomobil 90-UH-963 d.q.n-li avtomobilin yoluna çıxmış və qəza şəraiti yaratmışdır və adı çəkilən avtomobil yol nəqliyyat hadisəsi nəticəsində günahkardır. Belə ki, digər zərərçəkən maşın 90-UH-963 d.q.n-li avtomobilə ziyan dəymişdir. Bununla bağlı zərərçəkənin nümayəndəsi sığorta orqanına 27.08.2018-ci il tarixində müraciət ünvanlamış həmin müraciətə isə sığorta şirkti 25.09.18 tarixində cavablandıraraq bildirmişdir ki, bu hadisə sığorta hadisəsi deyil. 

Hadisədə həm zərərçəkənin nümayəndəsi,həm də qəza halları üzrə ekspert-hüquqşünas İlkin İbrahimov EkoNews-a bu haqda danışıb. O, son zamanlar əsassız imtinaların sayının çoxaldığını qeyd edib.
 
"Sığorta ödənişi icbari sığortalar haqqında qanuna əsaslanaraq edilir. Həmin qanunun 17-ci maddəsində tələb olunan sənədlər və polisin arayışı (forma 4) sığorta şirkətinə təqdim olunmasına baxmayaraq. Sığorta şirkəti 7 iş gününə verilməli olan  cavabı 28 günə vermiş bununla da icbari sığortalar haqqında qanunun müvafiq bəndini pozmuşdur. Digər tərəfdən isə İcbari sığortalar haqqında qanunun 13.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığorta şəhadətnaməsinə göstərilən əmlakın sığorta olunan tərəfindən istismar edilməsi nəticəsinə  üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.  
Yəni buradan aydın olur ki. Sığorta şirkəti əsassız imtinalar verməklə sadəcə olaraq vətəndaşı süründürür, onu məcbur edir ki, əlavə vaxt itkisi, məhkəməyə verməklə əlavə pul itkisi etsin. Bu da ümumilikdə sığorta şirkətlərinə mənfi təsir göstərir. Sığorta sahəsində yuxarı orqan olan Maliyyə Bazarlarına Nəzarət Palatasının işə çox gec baxması çox üzücü haldır".