18 Oktyabr, 11:07   |    Baxış sayı: 394

"AtaSığorta" ASC bu il 16.3 milyon manat sığorta haqqı yığıb -HESABAT

"AtaSığorta" ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

EkoNews şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,8 milyon manat, yəni 71,7% artmışdır.

Sığorta şirkəti bu dövr ərzində 6,9 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,6 milyon manat olub.
 
Aktivlərinin ümumi həcmi 30,0 milyon manat olan "AtaSığorta" ASC cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat artıraraq 14,6 milyon manata çatdırıb.
 
Qeyd edək ki, "AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. "AtaSığorta" həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.