Astarada “may balı” yığımında bu il azalma olacaq

Astarada “may balı” yığımında bu il azalma olacaq

Hazırda Astara rayonunda 1200 nəfər arıcı, 30000-ə yaxın arı ailsi var.


EkoNewsApa-ya istinadla xəbər verir ki, arışılar bu həftədən etibarən may balını yeşiklərdən yığmağa başlayıblar. Amma bu ilki baı yığımında azalma müşahidə olunur. Səbb yazın əvvəllərində ağacların çiçəklənmə dövründə havaların yağıntılı keçməsidir.


Bu da istehsalın 25%-ə qədər aşağı düşməsinə gətirib çıxara bilər. Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirovun sözlərinə görə, arıçılar keçən il rayon üzrə 400 tona yaxın bal məhsulu əldə edib, bu il isə istehsalın çəkisi 300 tona yaxın olacaq.

 


 

Bal yığımında azalmanın olmasına baxmayaraq, rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsidir. Bu da arıçıların işini daha da yaxşılaşdırmaqla yanaşı, təsərrüfatlarını genişləndirməyə imkan yaradır.

 

Keçən il 410 nəfərə 12240 arı pətəyinə görə subsidiya verilib. Bu il hazırda 470 nəfər üçün subsidiyalar hazırlanıb komissiyaya təqdim edilib.


Astaralı fermerləri narahat edən vacib məsələlərdən biri rayonda qablaşdırma sexinin olmamasıdır. Bu onlara məhsulların satmaqda müəyyən çətinliklər yaradır. Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlər əsasında satırlar. Balın 1 kiloqramı 20-25 manat təklif edilir. Əgər bu dövrdə alıcılıq və qiymətlər onları qane etməsə, balı qablara yığıb qış fəslində satışa çıxaracaqlar.

 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR