"Apple"dən yenilik - “Apple Watch” sizin yuxunuzu izləyəcək

"Apple” şirkəti elektron saatları üçün yeni texnologiya yaradıb. 
EkoNews-un xarici mediaya istinadən verdiyi məlumata görə bu saat vasitəsilə artıq istifadəçinin yuxusunuda izləmək mümkün olacaq.

Yeni texnologiyadan yararlanmaq üçün "Apple Watch” un yeni modelini almaq lazımdır, yoxsa yox? Bu hələ dəqiq olaraq məlum deyil.

Xatırladaq ki, "Apple” istifadəçiləri yuxularını izləmək üçün iPhone smartfonunda olan "Health” tətbiqindən istifadə edə bilər. "Apple Watch” dan aldığı məlumatlar – hərəkətlər, səslər və ürək döyüntüləri tətbiqə ötürüləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR