“Apple” son 3 ayda elə bir gəlir əldə etdi ki...
02 Noyabr, 12:08   |    Baxış sayı: 323

“Apple” son 3 ayda elə bir gəlir əldə etdi ki...

ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti 2017-2018-ci maliyyə ilinin son rübündə (bu ilin III rübündə) 62,9 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur. 

Məlumata görə, son 1 ildə "Apple"in xalis mənfəəti isə 32% artaraq 14,1 mlrd. dollara yüksəlib. Bu, şirkətin dövriyyədə olan hər səhminə 2,91 dollar mənfəət deməkdir. 

Bununla belə, "Apple"in satış həcmi gözləntiləri doğrultmayıb. Məsələn, şirkət ötən rüb ərzində cəmi 47 min ədəd "iPhone" sata bilib. "iPad"ın satış həcmi 6% azalaraq 9,7 mln. ədədə, "Mac" komputerlərinin satış həcmi isə 2% azalaraq 5,3 mln. ədədə düşüb. Bu rəqəmlərin açıqlanmasından sonra fond birjalarında "Apple"nin səhmləri təxminən 7% ucuzlaşıb. 

©Report