"Apple" şirkətinin gəlirləri aşağı düşüb

Amerikanın "Apple" şirkətinin 2019-cu maliyyə ilinin III rübünün yekunu üzrə xalis mənfəəti ötənilki göstərici ilə müqayisədə 13 faiz aşağı düşüb.

Bu barədə məlumat şirkətin çərşənbə axşamı açıqlanan rüblük hesabatında yer alıb.

Yayılan məlumatlara görə, iyunun 29-da başa çatan üçüncü rübdə "Apple"nin mənfəəti 10,04 mlrd. dollar təşkil edib. Bu göstərici 2018-ci ilin analoji dövründə 11,5 mlrd. dollara bərabər olub.

Bununla yanaşı şirkətin ümumi gəlirləri bir il əvvəlin 53,2 mlrd. dolları ilə müqayisədə 53,8 mlrd. dollara qədər bir neçə dəfə atrıb.

Cari ilin II rübünün yekunu üzrə şirkətin gəlirləri 58 mlrd. dollardan bir qədər çox, mənfəəti isə 11,5 mlrd. dollar təşkil edib.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR