12 Oktyabr, 15:36   |    Baxış sayı: 27

"Apple" "iPhone" batareyasının ömrünü uzatmaq üçün 600 milyon ayırdı

"Apple" Böyük Britaniyanın "Dialog Semiconductor" şirkəti ilə 600 milyon dollarlıq razılaşma əldə edib.

EkoNews "Arstechnica" saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 300 milyon dollar nağd ödənilib və 300 işçi "Apple" üçün çalışacaq.
 
Çip istehsalı ilə məşğul olan "Dialog" "Apple" məhsulları olan "Apple Watch", "iPhone", "iPads" sistemlərini inkişaf etdirmək, xüsusilə cihazlarda batareya ömrünü uzatmaq üçün çalışacaq. "Apple" istifadəçiləri daim cihazlarda enerjinin tez bitməsindən şikayət edir.

2019-cu ildə təsdiqlənəcək müqavilənin qalan ödənişi növbəti 3 il ərzində ediləcək.