Alimlər gövdə hüceyrələri vasitəsilə kiçik süni insan beyni yaratdılar

Alimlər gövdə hüceyrələri vasitəsilə kiçik süni insan beyni yaratdılar

San-Dieqodakı Kaliforniya Universitetinin alimləri fəaliyyət göstərə bilən neyron şəbəkələrini yaratmağa qadir kiçik beyin prototipləri yaradıblar. Kiçik ölçülərə baxmayaraq süni orqanlar müəyyən inkişaf mərhələsində insan beyni kimi dalğalar yaya bilirlər. Bu barədə Phys.org saytı xəbər verib. Noxud boyda olan beyin prototipləri serebral orqanoidlər adını əldə ediblər. Həmin prototiplər insanın gövdə hüceyrələrindən yaradılıb. Sözügedən prototiplər xüsusi qidalandırıcı mühitə yerləşdiriləndən sonra onlar bir neçə növ beyin hüceyrələrinə transformasiya olublar və daha sonra qəliz 3D strukturlar yaradıblar.

Təqribi olaraq 2 aydan sonra alimlər serebral orqanoidlərdə beyin aktivliklərini müşahidə ediblər. "İn vitrotəcrübəsi üçün neyron aktivliyi səviyyəsi misilsizdir. Biz, qəliz neyron şəbəkələrinin yaranmasının ilkin mərhələsini formalaşdırmağa qadir modelin əldə edilməsinə bir addım da yaxınlaşdıq” – deyə Alysson Muotriadlı bioloq bildirib. Alimlər yarımçıq doğulmuş uşaqların elektroensefaloqrafiyaları ilə serebral orqanoidlər arasında müqayisə aparmaq üçün machine learning alqoritmindən istifadə ediblər. Muotri-nin sözlərinə əsasən süni zəka texnologiyası serebral orqanoidlərin yaşlarını təyin etməyi bacarıb. Lakin 25-ci və 40-cı inkişaf həftəsi arasındakı müddətdə süni zəka texnologiyası serebral orqanoidləri yenicə doğulmuş uşaqlardan ayıra bilmirdi.
 

10 ay ərzində alimlər yüzlərlə orqanoidlər yaradıblar. Onlar həmçinin qeyd ediblər ki, kiçik beyinlər şüura sahibdirlər. Onlar rudimentar modelləri (orqanizmin təkamül inkişafı prosesində öz əhəmiyyətini itirmiş orqanları) xatırladırlar. "Bir alim kimi mən, insan beyninin sirlərinə daha çox yaxınlaşmaq istəyirəm. Mən bunu əhəmiyyətli hesab edirəm və düşünürəm ki, nevroloji problemlərə sahib insanlara yardım edə bilərəm. Lakin sərhədin harda olduğunu müəyyən etmək lazım gələcək. Məlum ola bilər ki, texnologiya hələ hazır deyil və ya biz hələ onu necə idarə etmək lazım olduğunu bilmirik” – deyə bioloq Alysson Muotri əlavə edib. Bioloqlar güman edirlər ki, perspektiv cəhətdən orqanoidlərdən insanın neyron şəbəkələrinin inkişaflarının müşahidə olunmasında, xəstəliklərin modelləşdirilməsində, beyin təkamülünün incələnməsində, dərmanların monitorinqində və hətta süni zəkanın yaradılmasında istifadə etmək olacaq. / Technote.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR