06 Noyabr, 13:59   |    Baxış sayı: 57

"AGBank”ın səhmdarı olmaq üçün son 3 gün

"AGBank” ASC-nin səhm emissiyasına abunə yazılışının başa çatmasına 3 gün qaldıb.

EkoNews xəbər verir ki, bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə "AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 mln. manat məbləğində 2,9 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Bankdan daxil olmuş məlumata görə, səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında "Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.

Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.

Bankın səhmlərini almaq istəyən investorlar səhmlərin yerləşdirilməsi ilə əlaqədar bütün informasiyanı "İnformasiya memorandumu”ndan əldə edə bilər. "İnformasiya memorandumu” ilə investorlar "AG Bankın” ASC-nin rəsmi internet səhifəsi www.agbank.az, Bakı Fond Birjasının rəsmi internet səhifəsi www.bfb.az və "Unicapital İŞ” ASC-nin rəsmi internet səhifəsi www.unicapital.az səhifələrindən tanış ola bilər.