“AG Bank”ın qiymətli kağızları BFB-də listinqə daxil edildi
08 Noyabr, 10:56   |    Baxış sayı: 22

“AG Bank”ın qiymətli kağızları BFB-də listinqə daxil edildi

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AG Bank” ASC-nin qiymətli kağızları BFB-də listinqə daxil edilmib.

 

Ekonews xəbər verir ki, 13.11.2018 və 22.11.2018 tarixlərində, Bankın, ilkin ticarət qiyməti 2 manat olan 2 900 000 ədəd səhmlərinin ticarətinə başlanacaqdır.

 

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri

Q/k-ın ilkin ticarət qiyməti

1

AZ1001000970

Sənədsiz adlı adi səhm

2 900 000

(ədəd)

13.11.2018 -  22.11.2018

2.00 AZN

  

 

 

 

 

 

 

 

 

 

 

 

Səhmlərin yerləşdirməsi üzrə anderayter "Uni Capital İnvestisiya şirkəti” QSC-dir.

 

KAPİTALINI ARTIRIR

 

Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə "AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 milyon manat məbləğində 2,9 milyon ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

 

Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında "Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.


Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.