ABŞ şirkətinin səhmdarı Çində də pay sahibi oldu
10 Oktyabr, 15:53   |    Baxış sayı: 54

ABŞ şirkətinin səhmdarı Çində də pay sahibi oldu

İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin ən böyük səhmdarlarından biri olan Beyli Qifford Çinin elektrik avtomobili istehsalı ilə məşğul olan "Nio" şirkətinin səhmləri ilə maraqlanır.

EkoNews Tech Crunch-a istinadən xəbər verir ki, Qifford artıq "Nio"da 11,44% səhmə sahibdir. Alışdan sonra "Nio"nun bazar dəyəri 22% artıb, səhmlərin qiyməti 6,19 dollardan 7,39 dollara qalxıb. 
 
Qeyd edək ki, 2014-cü ildə yaradılmış şirkət 1,8 milyard dollar bazar dəyərinə sahibdir.