ABŞ sanksiyaları ləğv etdi, Lirə bahalaşdı
05 Noyabr, 16:16   |    Baxış sayı: 143

ABŞ sanksiyaları ləğv etdi, Lirə bahalaşdı

ABŞ Xəzinə Nazirliyi, Türkiyənin iki nazirinə tətbiq edilən sanksiyaların ləğv edildiyini açıqlayıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gül-ə, ABŞ-lı keşiş Endryu Brunsonın həbsi səbəbindən Avqust ayında ABŞ Xəzinə Nazirliyi tərəfindən sanksiya tətbiq olunmağa başlanmışdı.

Sanksiyalara əsasən iki nazirin ABŞ-dakı vəsaitləri dondurulmuş və ABŞ vətəndaşlarının iki nazirlə hər hansı bir iş görməsi qadağan olunmuşdu.
 
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi də sanksiyaların qaldırıldığını təsdiq edib.

Sanksiyaların ləğvi qərarından sonra sonra Lirə Dollar qarşısında bahalaşıb. Dollar/TL məzənnəsi 1,5%-dən çox düşərək 5.4167-yə geriləyib. //banco.az