ABŞ-da qazılan neft quyularının sayı artıb

ABŞ-da qazılan neft quyularının sayı artıb

ABŞ-ın neft sənayesinin görünüşü və qısa dövr xam neft istehsalı haqqında göstərici kimi qəbul edilən neft qazma qüllələrinin (qurğularının) sayı bu həftə 6 ədəd artıb.

Neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın həftəlik məlumatına görə, ABŞ-dakı neft qazma qüllələrinin sayı 10-16 Avqust həftəsində bir əvvəlki həftə ilə müqayisədə 6 ədəd artaraq 770-ə yüksəlib. 

Cümə axşamı günü 58,38 dollardan bağlanan Brent neftin barel qiyməti dünən bağlanışda 58,64 dollara qalxıb. Qərb Texas (WTI) xam neftinin barel qiyməti də 54,87 dollardan günü başa vurub. WTI-ın barel qiyməti əvvəlki günü 54,47 dollardan bağlamışdı.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR