85 min ton Azərbaycan nefti Odessaya çatdırıldı - SƏBƏB

85 min ton Azərbaycan nefti Odessaya çatdırıldı - SƏBƏB

Yunanıstan bayrağı altında üzən "Nissos Paros” tankeri Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün daşıdığı 84,9 min ton Azərbaycan neftini Odessa şəhərinə çatdırıb.

EkoNews-un "Report”a istinadən verdiyi məlumata görə, Azərbaycan neftini daşıyan gəmi iyunun 8-də Supsa limanından çıxıb və iyunun 10-da Odessa limanına yan alıb.

Bildirilib ki, bu həcmdə Azərbaycan neftini "Privat” şirkəti alıb. "A-95 Konsaltinq Qrupu”ndan bildiriblər ki, 2019-cu ilin 5 ayı ərzində "Privat”, ümumilkdə, 267 min ton neft idxal edib. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 26 min ton azdır.

Xatırladaq ki, bu ilin aprel-may ayları ərzində "Privat” "Ukrtransnafta”nın keçirdiyi elektron hərraclarda Kremençuq Neft Emalı Zavodu üçün 50 min ton "АzeriLight” nefti əldə edib.

2016-cı ilin sonunda "Ukrtransnafta” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə illik 1,3 mln. ton Azərbaycan neftinin tədarükü ilə bağlı müqavilə imzalayıb. Bu neft, əsasən, Kremençuq Neft Emalı Zavodunda emal ediləcək. 2017-ci ildə bu zavod üçün tədarük edilən Azərbaycan neftinin həcmi 950 min  ton, 2018-ci ildə isə 670 min ton təşkil edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR