500 min insanın hesabı oğurlanıb-
09 Oktyabr, 09:13   |    Baxış sayı: 38

500 min insanın hesabı oğurlanıb-"Google" etiraf etdi

"Google" şirkəti proqramın işində yaranmış problem nəticəsində "Google+" sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.

EkoNews xəbərin verir ki,  438 proqram bu şəxsi məlumatlardan istifadə edə bilər. Söhbət "açıq" kimi qeyd edilməyən istifadəçi məlumatlarından gedir. Bura əlavə istifadəçi profili məlumatları daxildir: ad, elektron poçt ünvanı, peşə, cinsiyyət və yaş.