3 rayonda qaz təchizatı dayandırılıb

3 rayonda qaz təchizatı dayandırılıb

Bakının Sabunçu, Yasamal və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

EkoNews "Azəriqaz” İB-ə istinadla xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N. İsmayılov prospekti, Bünyadov, Ş. Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat və  N. Nərimanov prospektləri, Şərifzadə, H. Cavid küçələri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S. Əsgərova, Ş. Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.

Bundan başqa, Bu gün səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində qaz təchizatı dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR