2158 milyarderin ümumi sərvəti açıqlandı - 8,9 trilyon dollar
27 Oktyabr, 16:49   |    Baxış sayı: 168

2158 milyarderin ümumi sərvəti açıqlandı - 8,9 trilyon dollar

Dünyanın 2158 milyarderinin ümimi sərvətinin məbləği açıqanıb.

EkoNews xəbər verir ki, bu barədə İsveçrənin "UBS” bankının və "PwC” beynəlxalq xidmətlər şəbəkəsinin birgə hesabatında qeyd edilir.

Məlumata görə, ötən il 2158 milyarderin ümumi sərvəti 8,9 trilyon ABŞ dollarına bərabər olub. 2017-ci ildə Asiya qitəsindəki milyarderlərin sayı 25 faiz artıb. İndi onların ümumi sayı 637 nəfərdir. Nəticədə ilk dəfə Asiya milyarderlərinin sayı ABŞ-ı ötüb. Bu ölkədə milyarderlərin sayı 563 nəfərdir. Amma ABŞ-da yaşayan milyarderlər sərvətlərinin ümumi məbləğinə görə ilk sıradadırlar. Bir sözlə ən varlı insanlar ABŞ-da yaşayır.

Hesabata əsasən, keçən il Çində 55 nəfərin, ABŞ-da isə 53 nəfərin varidatı artıb və onlar milyarderlər siyahısına daxil olublar.