21 sığorta şirkəti  517 mln. manat topladı
21 Sentyabr, 15:54   |    Baxış sayı: 37

21 sığorta şirkəti 517 mln. manat topladı

2018-ci ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517 mln. manat məbləğində sığorta haqları toplanıb, 169 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.        

Bu haqda EkoNews-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.    

Könüllü sığorta bazarı üzrə haqlar 374.7 mln. manat, ödənişlər isə 124.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142.3 mln. manat, ödənişlər isə 43.9 mln. manat olub.

2018-ci ilin yanvar-avqust ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i  könüllü, 28%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.