Qarpızın qiyməti ucuzlaşıb - SƏBƏB

Qarpızın qiyməti ucuzlaşıb - SƏBƏB

"Təəssüf ki, respublikamızda qarpız yaş şəkildə istehlak edilir, ondan müxtəlif mürəbbə, bəkməz çeşidlərinin hazırlanması o qədər də geniş yayılmayıb”.

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib.

Ekspert əhalinin alıcılıq qabiliyyəti baxımından ümumilikdə bu il qarpızın qiymətinin çox əlverişli olduğunu və son bir həftə ərzində 28% ucuzlaşdığını vurğulayıb:

Dünyada 60 milyon hektarda yaş meyvə-tərəvəz əkilir, 841 milyon ton məhsul əldə edilirsə onun 109 milyon tonu qarpızdır, dünyada ən çox yetişdirilən 10 meyvə-bostan məhsulları sıyahısında liderdir. Qarpız istehsalında Çin öndədir: 73 milyon ton (dünya üzrə istehsalın 66%-i). İran 4 milyon ton istehsal həcmi ilə ikinci, Türkiyə isə 3,8 milyonluq həcmlə üçüncüdür. 

"Respublikamızda qarpızın əkin sahəsi 16 min hektardan çoxdur və ildə 335 tondan artıq istehsal həcminə malikdir. Aran rayonlarda isə daha çox qarpız əkilir. Sabirabad istehsal həcminə görə hər il liderliyi (85 min ton) qoruyur. Ötən il bazarlarda qiymətlərin əlverişli formalaşması ilə əlaqədar olaraq, cari ilin əkini üçün qarpız sahələrinin artırılmasına böyük maraq olub. Bir il ərzində sahələr 300 hektardan çox artırılıb. Fermerlər tərəfindən toxumçuluq işinin gücləndirilməsi üçün yerli toxumlardan istifadə ilə yanaşı, xarici ölkələrdən də bizim iqlimə uyğunlaşmış toxumlar gətirilərək əkilib”.

N. Nəsirli qeyd edib ki, sahədəki qiymət torpaq adamlarını qane edir. Ona görə də bu ilki mövsüm məhsuldarlıq baxımından qarpız üçün uğurlu olub:

"Ötən il fermer sahədən 18-20 ton məhsul yığırdısa, bu il 25-30 ton yığır. Bu il sahələrdən təxminən 364 min tondan çox qarpız-yemiş yığılacaq. Bu ötən ilkindən təxminən 15 min ton çoxdur. Qarpız-yemiş yeganə məhsuldur ki, nə idxalda, nə də ixracda rol oynayır. Cüzi həcmdə xaricə satırıq, elə o qədər də alırıq. Qarpız elə bir nemətdir ki, ailə təsərrüfatları ondan çoxsaylı məhsullar düzəldib, qeyri-mövsümlərdə yaxşı gəlir əldə edə və əlavə dəyər yarada bilərlərQarpız şirniyyat sənayesi üçün əlverişli xammal ola bilər. Qarpızın kəsilərək alınması məsləhət deyil. Çünki istifadə olunan bıçaq sanitariya-gigiyena qaydalarına uyğun təmizlənmir. Qarpız öz mövsümündə - avqustdan sentyabrın ortalarına kimi yeyilməlidir”.
 
Kommersant

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR