Mərkəzi Bank növbəti depozit hərracını elan etdi

Mərkəzi Bank növbəti depozit hərracını elan etdi

15 İyul 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

EkoNews xəbər verir ki, hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub.

Xatırladaq ki, 08.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etdiyini açıqlamış və bu məbləği də cəlb etmişdi. Hərracda tələb təklifi 6 dəfəyə yaxın üstələmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR